“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Şəkidə ağacəkmə aksiyaları davam edir
22 oktyabr 2024 | 17:23
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 22-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə növbəti ağacəkmə aksiyası keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, bələdiyyə üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada rayon ərazisində yerləşən magistral yolların kənarında üç mindən artıq həmişəyaşıl ağac əkilib.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 11500 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.