Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Şəkidə növbəti ağacəkmə aksiyası keçirilib

17 oktyabr 2024 | 15:09

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.

İl çərçivəsində oktyabrın 17-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı növbəti ağacəkmə aksiyası keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, bələdiyyə üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada rayon ərazisində yerləşən magistral yolların kənarında  minə yaxın eldar şamı əkilib.

Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində  payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 11500 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi  nəzərdə tutulur.

Keçidlər