Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ərəfəsində Şəkidə şəhid ailələri, qazilər ziyarət olunur

05 noyabr 2022 | 21:43

8 Noyabr - Zəfər Günü ərəfəsində Şəkidə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri tərəfindən şəhid ailələri, qazilər ziyarət olunur.

Keçirilən görüşlər zamanı Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan şanlı Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərin igidliyi və rəşadəti sayəsində əldə olunub.

Şəhid ailələri, qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Ailələrlə keçirilən görüşlər zamanı onlara bayram sovqatı təqdim olunub.

Keçidlər