Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibətilə Şəkidə Vətən müharibəsinə həsr olunmuş film nümayiş olunub

06 noyabr 2026 | 12:38

Zəfər Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Şəkidə fəaliyyət göstərən ali və orta-ixtisas təhsili müəssiələrinin tələbələrinin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş "Xüsusi təyinatlı bəbir" bədii-sənədli filmi nümayiş olunub.

"Urfansoy Film" komandasının istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə lentə alınıb. Filmdə Daxili Qoşunların şəxsi heyətinin və şəhid Sənan Ələsgərzadənin şücaətindən bəhs edir.

Film gənclər tərəfindən maraqla qarşılanıb.




Keçidlər