Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününün beşinci ildönümü münasibətilə Şəkidə möhtəşəm konsert proqramı təşkil olunacaqdır

04 noyabr 2025 | 11:46

8 noyabr 2025-ci il tarixdə saat 17:00-da Şəki Şəhər İcra Hakimiyyətinin və “Kanal S”  televiziyasının birgə təşkilatçılığı ilə Şəki şəhərinin Bayraq Meydanında Zəfər Gününün beşinci ildönümü münasibətilə konsert proqramı təşkil olunacaqdır.

Konsert proqramında respublikanın tanınmış müğənniləri əməkdar artist Zaur Əmiraslanov, Zümrüd Hümbətova, Alican, Gülzar Fərəcova, Ülkər Yaşarqızı və yerli ifaçılar  çıxış edəcəkdir. Sonda isə möhtəşəm atəşfəşanlıq təşkil olunacaqdır.

Şəhər sakinlərini və şəhərimizin qonaqlarını Tarixi Zəfərimizə həsr olunmuş konsert proqramına və bu möhtəşəm Qələbənin sevincini bizimlə bölüşməyə dəvət edirik.

 

 

Keçidlər