Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününün beşinci ildönümü münasibətilə Şəkidə “Şanlı Zəfər” adlı düşərgə təşkil olunub

04 noyabr 2025 | 09:09

Zəfər Gününün beşinci ildönümü münasibətilə 31 oktyabr – 2 noyabr tarixlərdə Şəki Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə “Şanlı Zəfər” adlı düşərgə təşkil olunub.

Düşərgə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən AR Gənclər və İdman Nazirliyinin və AR Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.

120 nəfərə yaxın gəncin qatıldığı düşərgənin məqsədi gənclərdə hüquqi maarifləndirməni artırmaq, dövlətçilik və vətəndaşlıq dəyərlərini aşılamaq, onların cəmiyyətə fəal vətəndaş kimi inteqrasiyasına dəstək vermək, liderlik potensialını üzə çıxarmaqdır.

Düşərgə çərçivəsində gənclərin milli qürur hissini və dövlətçilik düşüncəsini gücləndirmək, Zəfər tariximizin dərindən öyrənilməsi, həmçinin liderlik, komanda işi və strateji düşünmə bacarıqlarının inkişafına üçün interaktiv təlim və müzakirələr təşkil edilmişdir.

Düşərgənin təşkilinə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən lazımi dəstək göstərilmişdir.

 

 

Keçidlər