Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfərə gedən yol

29 noyabr 2023 | 18:01

Noyabr ayının 29-da “Heydər Əliyev İli” çərçivəsində Şəki Heydər Əliyev Mərkəzində Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunan  tədbir keçirilib, Zəfər Günü münasibətilə çəkilən “Zəfərə gedən yol” adlı qısametrajlı filmin təqdimatı olub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən müharibəsində nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından, sentyabr ayında aparılan lokal xarakterli antiterror tədbirləri nətəcəsində Azərbaycanın öz suverenliyini bərpa etməsindən, hərbiçilərimizin qəhrəmalığından bəhs edib.

Bildirilib ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin ən böyük arzusu Şuşanı, Qarabağı azad görmək idi. Prezident, Ali Baş Komandan İlham Əliyev işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib.

Sonra “Urfansoy Film” studiyası tərəfindən çəkilən “Zəfərə gedən yol” adlı qısametrajlı film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edənlər yaradıcı heyəti növbəti uğurları münasibətilə təbrik ediblər,  filmin ərsəyə gəlməsində xidməti olan insanlara təşəkkür ediblər. Qeyd olunub ki, bu cür filmlərin gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti  var.

Sonda filmin yaradıcı heyətin üzvlərinə, həmçinin  filmdə rol alan bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və Şəki Regional Debat Mərkəzinin təşəkkürnamələri təqdim edilib.

Keçidlər