Şriftin ölçüsü :

Saytın rəngi :

Zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək təşəbbüsünə Şəki Şəhər İcra Hakimiyyəti də qoşulub

12 fevral 2023 | 10:09

     Qardaş Türkiyədə baş verən zəlzələ böyük dağıntılara, minlərlə insan tələfatına səbəb oldu. Zəlzələ baş verən ilk andan etibarən Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirdi.

    Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, acı faciənin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ baş vermiş bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Eyni zamanda,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, fond tərəfindən böyük bir yardım təşəbbüsünə start verildi. Artıq Azərbaycanın bütün bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən qardaşlarımıza öz dəstəyini göstərir.

     Bu dəhşətli zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək təşəbbüsünə  Şəki Şəhər İcra Hakimiyyəti də qoşulub.

    Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən isti geyim və qida məhsullarından ibarət 20 tonluq  humanitar yardım Gəncə şəhərindən qardaş ölkəyə yola salınıb.

Keçidlər