Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyası, Novqorod vilayəti

                        

  Ölkə:                                               Rusiya
      Vilayət:                                            Novqorod
      Əhali:                                              606.476 nəfər (01 yanvar 2018)
      Sahəsi:                                           54.501 km²


   17-20 noyabr 2019-cu il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Novqorod vilayətində səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Novqorod vilayətinin qubernatorunun birinci müavini ilə görüşmüş, sahibkarların iştirakı ilə təşkil olunmuş dəyirmi masada iştirak etmişlər. Dəyirmi masada ölkələrimizin iki regionu arasında əməkdaşlığın mümkün sahələri müzakirə olunmuşdur. Noyabrın 18-də Novqorod vilayətinin qubernatoru Andrey Nikitin ilə işgüzar görüş keçirilmiş, Novqorod vilayəti və Şəki şəhəri arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Qubernatorla keçirilən görüşdə Şəki şəhərinin təqdimatı olmuş, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri “Qvardeyets” quşçuluq fabrikində, “Laktis” SC-də, “İkea İndastri Novqorod” ASC-də olmuş, “Moy Biznes” mərkəzi və “Moyi dokumentı” çoxfunksiyalı mərkəzi ilə tanış olmuşlar, Novqorodun görməli yerlərinə ekskursiya etmişlər.

Keçidlər