Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Şəkidə ağacəkmə kampaniyası keçirilmişdir

11 may 2016 | 07:05

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Şəkidə ağacəkmə kampaniyası keçirilmişdir.
   Şəhər ərazisində ağacəkmə kampaniyası Olimpiya məhəlləsində Zərifə Əliyeva küçəsinin M.Ə.Rəsulzadə prospekti ilə kəsişməsindən Oğuz yolunadək olan hissəsində aparılmışdır. Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların kollektiv üzvlərinin, şəhər sakinlərinin  iştirak etdiyi kampaniya çərçivəsində ərazidə həmçinin  təmizlik-abadlıq işləri görülmüşdür.
  Şəkinin qəsəbə və kəndlərində də ağacəkmə aksiyaları keçirilmiş, təmizlik-abadlıq işləri görülmüşdür.
  Ağacəkmə kampaniyası çərçivəsində ümumilikdə rayonda 8000-ə yaxın müxtəlif növ ağac əkilmişdir.

Keçidlər