Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Bakı Dövlət Universitetinin professoru Fərman İsmayılovun 80 illik yubileyi qeyd edilmişdir

07 iyun 2016 | 04:06

İyunun 5-də Şəkidə Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Fərman İsmayılovun  80 illik yubileyi qeyd edilmişdir.
    “Shaki Palace” otelində keçirilən tədbirdə şəhər rəhbərliyi, millət vəkilləri, Bakı Dövlət Universitetindən gələn nümayəndələr, ziyalılar iştirak etmişdir.
    Tədbirdə çıxış edənlər tanınmış alim Fərman İsmayılovun  həyat yolu və elmi nailiyyətləri barədə geniş məlumat vermiş, onu yubileyi münasibətilə təbrik etmişlər.
    Bildirilmişdir ki, 1936-cı ildə Şəki rayonunda anadan olmuş F.İsmayılov 1962-ci ildə M.F.Axundov adına Dillər İnstitutunun ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1966–ci illərdə İngilis dili kafedrasında müəllim, baş müəllim işləmişdir. 1970-1974-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunun fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmış, partiya işində işləmiş, iki dəfə Nəsimi rayon sovetinə deputat seçilmişdir. 1970-cı ildə “Adi dil və fəlsəfə” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1974-1976-ci illərdə baş elmi işçi kimi Moskvaya ezam edilmişdir. 1977-1991-ci illərdə BDU-nun fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır. 1991-2001-ci illərdə BDU-nun Şəki filialının direktoru işləmişdir. 1996-cı ildə “İdrak nəzəriyyəsi və linqvistik analiz” movzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1997-ci ildən professordur. 14 monoqrafiyanın, 30 məqalənin müəllifidir. Müasir Qərb fəlsəfəsinə dair Azərbaycanda ilk elmlər doktorudur. Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. 
   Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakmiyyətinin başçısı Elxan Usubov cənab Prezident İlham Əliyevin ölkədə elmin və təhsilin inkişafına çox böyük diqqət və qayğı göstərdiyini, Şəkidə də ziyalıların, elm və sənət adamlarının diqqətdən kənarda qalmadığını, bü gün Bakı Dövlət Universitetinin professoru Fərman İsmayılovun 80 illik yubileyinin keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirmiş, onu yubileyi münasibətilə təbrik etmişdir.
   Sonra yubilyara Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərinə görə, anadan olmasının 80 illik yubileyi münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər