Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kəndində səyyar qəbul-görüş

10 iyun 2016 | 10:06

İyunun 9-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qudula kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əhatə etdiyi Qaradağlı kəndində sakinlərlə görüşmüşdür.
     Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
     Görüşün əvvəlində ərazidə son vaxtlar görülmüş işlər barədə məlumat verilmişdir.
     Sonra kənd sakinləri Əlyar Xudiyev, Möhübbət Saadov, Zənfirə Mustafayeva, Yaşar Məmmədov və başqaları Qoxmuq-Qaradağlı-Qudula yolunun əsaslı təmiri, Şəki şəhərindən Qaradağlı və Babaratma kəndlərinə avtobus marşrutunun açılması,  Qaradağlı kənd ümumi orta məktəbinin əsaslı təmiri, Babaratma kəndinə gedən yolun cari təmiri, Babaratma kəndində tibb məntəqəsinin açılması və sairə ilə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
      Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər