Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki taxılçıları zəmilərdən 150 min tondan çox məhsul toplayıblar

09 iyul 2016 | 04:07

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini yüksək sürətlə davam edir. Mövsümün əvvəlindən bu günədək rayonun təsərrüfatlarında 57 min 386 hektar sahənin taxılı biçilib, 150 min 429 ton məhsul istehsal olunub. Tədarük olunan taxılın 93 min tonu buğda, 57 min 429 tonu isə arpadır. Hər hektardan orta məhsuldarlıq 27 sentner təşkil edir.
Hələlik rayonun təsərrüfatlarında 10 min hektar biçilməmiş taxıl sahəsi qalıb. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər. Texnika ilə bağlı heç bir problem yoxdur. Hazırda sahələrdə 170 ədəd taxılbiçən kombayn işləyir. Havalar əlverişli keçərsə, biçin kampaniyasının iyulun 20-dək başa çatdırılması nəzərdə tutulub.

Keçidlər