Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin təsərrüfatlarında payızlıq səpin üçün indiyədək 18 min hektarda şum qaldırılıb

06 sentyabr 2016 | 02:09

Payızlıq dənlilərin səpini üçün indiyədək Şəki rayonunun təsərrüfatlarında 18 min hektar sahədə şum qaldırılıb. Keçən ilin eyni dövründə isə bu göstərici yalnız 10 min hektar olub.
Bu barədə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, hazırda rayonun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı mütəşəkkil davam edir. Fermerlər indiyədək sahələrdən 9025 ton kartof götürüblər. Məhsul istehsalı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 387 ton artıb.
Mövsümün əvvəlindən indiyədək təsərrüfatlarda 1855 ton tütün istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 457 ton çoxdur.
Cari ildə rayonda 928 hektar sahədə tərəvəz bitkiləri əkilib. Sentyabrın 3-nə olan statistik məlumata görə, indiyədək sahələrdən 16 min 154 ton tərəvəz toplanıb. Tərəvəz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 295 ton artıb. Qarğıdalı, bostan məhsulları, meyvə və üzüm istehsalında da keçən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb.

Keçidlər