Şriftin ölçüsü :

Saytın rəngi :

Quri Zakareişvili: Şəki teatr festivalının uzunömürlü olmasını arzulayırıq

22 sentyabr 2016 | 02:09

Azərbaycanın bu gözəl diyarında keçirilən belə maraqlı festivalda iştirak etdiyimə görə çox şadam. Mən 5 dəfə Azərbaycanda olmuşam. Ancaq Şəkiyə ilk dəfədir gəlirəm. Şəhərlə tanışlıqdan çox böyük həzz aldım. Şəkinin çox mehriban insanları və qonaqpərvər sakinləri var. Harada olduqsa, bizə çox yaxşı münasibət bəslədilər. Arzum budur ki, festival uzunömürlü olsun.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Nodar Dumbadze adına Professional Dövlət Gənclər Teatrının nəzdindəki kukla opera teatrının II Şəki Beynəlxalq Teatr Festivalına təqdim etdiyi tamaşanın prodüseri Quri Zakareişvili deyib.
Qonaq bildirib ki, bu layihə görkəmli gürcü müğənnisi Nodar Andquladze tərəfindən yaradılıb. Əsas məqsəd uşaqlarda yaxşı zövq formalaşdırmaqdan ibarətdir. “Çünki müasir dünyada zövq məsələsi əsil problemdir. Bizi əhatə edən aləmdə o qədər eybəcərliklər, hay-küy var ki... Biz istəyirik uşaqlara yaxşı musiqini, gözəl xasiyyət və tərz öyrədək”, - deyə Q.Zakareişvili bildirib.

Keçidlər