Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

04 oktyabr 2016 | 04:10

Şəki şəhərində 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
      İlk olaraq şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları Şəki Şəhər İcra Hakimyyətinin binasının qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını bildiriblər.
      Daha sonra prokurorluğun binasında tədbirin rəsmi hissəsi keçirilib. Tədbirə respublikanın baş prokuroru Zakir Qaralovun təbrik məktubunun oxunması ilə start verilib.
      Tədbirdə Azərbaycan prokurorluğunun keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən danışılıb.

Keçidlər