Şriftin ölçüsü :

Saytın rəngi :

Kristin Mazza: Şəkidə olduğum müddətdə insanların qonaqpərvərliyinə heyran oldum

29 noyabr 2016 | 02:11

Şəkidə olduğum müddətdə insanların qonaqpərvərliyinə və mehribanlığına heyran oldum.
AZƏRTAC xəbər verir ki, bu fikri Şəki və Kolmar şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Şəkinin bir sıra təhsil müəssisələrində fransız dilini tədris etmiş Kristin Mazza ölkəmiz haqqında təəssüratlarını bölüşərkən deyib.
Kristin Mazza tədris müddətində tələbələrin, ümumiyyətlə, insanların Fransaya olan marağını yüksək qiymətləndirib. Şəkidəki dostları ilə daim əlaqə saxladığını qeyd edib.
O, tədris sahəsində ikitərəfli əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıb.

Keçidlər