Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Beynəlxalq Əlillər Günü qeyd olunmuşdur

06 dekabr 2016 | 08:12

Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsində 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov və Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdirinin müavini Sadiq Yusifov əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər, Şəki şəhərində bu istiqamətdə görülən işlər barədə danışmışlar.
Sonra Şəki şəhərində yasayan Qarabağ müharibəsi əlillərinə maddi yardım göstərilmişdir.
Çıxış edən Qarabağ müharibəsi əlilləri onlara göstərilən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.
Qeyd edək ki, Beynəlxalq Əlillər Günü münasibətilə Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki rayonu üzrə 86 əlilə maddi yardım verilmişdir.

Keçidlər