Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları uğurla başa çatıb

20 mart 2017 | 04:03

Dövlət İmtahan Mərkəzinin martın 18-də qurumun Şəki Regional Bölməsinin əhatə şəhər və rayonlarda, o cümlədən Şəki şəhərində ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirdiyi buraxılış imtahanının birinci mərhələsi uğurla başa çatıb.
Şəki şəhərində imtahanlar şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, şəhər 8, 12 №-li və Qoxmuq kənd tam orta məktəblərində keçirilib. İmtahanlara Şəkinin ümumtəhsil məktəblərində oxuyan 1982 nəfər şagird cəlb olunub.
AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki 8 nömrəli tam orta məktəbdə keçirilən imtahanın gedişi ilə maraqlanıb. Məktəbdə imtahan təlimata uyğun olaraq saat 11.00-da başlanıb və 2 saat müddətində aparılıb. İmtahan rəhbəri Anar Həsənovun bildirdiyinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi təlimata uyğun, şəffaf və ədalətli keçib.

Keçidlər