Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl məktəblisi: Ölkəmizin tarixini bilmək biz məktəblilər üçün çox önəmlidir

22 mart 2017 | 04:03

Artıq dördüncü ildir ki, “Ölkəmizi tanıyaq” devizi ilə tur-aksiyalar həyata keçirilir. Azərbaycanın tarixini öyrənmək biz məktəblilər üçün çox önəmlidir. Əksəriyyətimiz bu layihəyə ilk dəfədir qoşulmuşuq. Mən özüm bu bölgədə birinci dəfədir oluram və buraların necə gözəl olduğunu bilmirdim. Marşrut boyu hərəkət etdikcə bölgələrdə aparılan tikinti-quruculuq işlərinin canlı şahidi olduq. Qəbələnin, Şəkinin tarixi məkanları ilə tanışlıq bizdə xoş təəssürat yaradıb. Bu baxımdan layihənin əhəmiyyətini yüksək qiymətləndirirəm.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Anar Misirov Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Tur-aksiyanın məktəblilərin hərtərəfli inkişafına müsbət təsir göstərdiyini vurğulayan Göygöl məktəblisi deyib: “Ekskursiyadan qayıtdıqdan sonra burada gördüklərimi sinif yoldaşlarıma, dostlarıma danışacaq, onlarda olduğumuz bölgə barədə müəyyən təəssüratlar yaratmağa çalışacağam. Biz məktəblilərə belə dəyərli layihə hədiyyə etdiyinə görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.

Keçidlər