Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirici tur-aksiyaya Şəki məktəbliləri də həvəslə qoşulublar

24 mart 2017 | 03:03

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Şəki məktəblilərindən ibarət qruplar martın 23-də səhər saatlarında respublikamızın qərb bölgəsinə yola düşüblər.
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan şəkili məktəbliləri yola salmaq üçün şəhər icra hakimiyyətinin binası qarşısına toplaşan icra hakimiyyətinin məsul işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı istirahət arzulayıblar.
Yolasalma mərasimində çıxış edənlər artıq dördüncü ildir ki, uğurla davam edən “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu tur-aksiya məktəblilərə ölkəmizin müxtəlif bölgələrinin tarixi məkanları və iqtisadiyyatı ilə yaxından tanış olmaq imkanı yaradır. Səyahət zamanı məktəblilər Gəncə, Şəmkir və Göygöl şəhərlərində Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər. Gəncə şəhərindəki qədim Qala divarları, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin və Cavad xanın məqbərələri, həmçinin Şəmkir və Göygölün tarixi məkanları ilə tanışlıq məktəblilərin ürəyincə olacaq.
Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yola düşüblər.

Keçidlər