Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa məktəblisi: Vətənimizi sevmək üçün onu görmək və tanımaq çox vacibdir

26 mart 2017 | 03:03

“Ölkəmizi tanıyaq” tur-aksiyası biz gənclərin gələcəyi üçün çox uğurlu layihədir. Bu aksiya bizə Vətənimizi sevməyi öyrədir. Vətənimizi sevmək üçün isə onu görmək və tanımaq çox vacibdir.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Emil Rəhimov Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Tur-aksiyanın onlara ölkəmizin səfalı guşələrini, füsunkar təbiətini öz gözləri ilə görmək, bölgələrdə əhalinin yaşayış tərzini, adət-ənənələrini öyrənmək, tarixi abidələrlə, muzeylərlə yaxından tanış olmaq imkanı yaratdığını vurğulayan ağstafalı məktəbli deyib: “Bizi ən çox sevindirən isə şəhər və rayonlarımızın yeniləşən siması oldu. Marşrut boyu rayonlarda aparılan tikinti-quruculuq və abadlıq işlərini öz gözlərimizlə gördük, bölgələrimizin sürətli iqtisadi inkişafının canlı şahidi olduq, gəzdiyimiz rayonlar barədə ətraflı məlumat əldə etdik”.
Tur-aksiya iştirakçısı gənclərə belə uğurlu layihə bəxş etdiyinə görə məktəblilər adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Keçidlər