Şriftin ölçüsü :

Saytın rəngi :

“Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının iştirakçıları Şəki şəhərində olmuşlar

06 may 2017 | 09:05

Mayın 5-də  ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunan “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının  üçüncü mərhələsi keçirilib.

Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.

Qəbələdə start götürən velosipedçilər Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177 kilometr məsafə qət ediblər.

 Şəki-Oğuz yolu boyu yerləşən yaşayış məntəqələrinin, həmçinin şəhərimizin sakinləri veloyürüş iştirakçılarını yüksək hərarətlə salamlamışlar. Velosipedçiləri  gənclər təşkil etdikləri flaşmobla qarşılamışlar. Veloyürüşün iştirakçıları Şəki şəhərində Oğuz şossesi - 20 Yanvar küçəsi - M.Ə.Rəsulzadə prospekti - Heydər Əliyev prospekti - Bağbanlar küçəsi - Heydər Əliyev prospekti - M.Ə.Rəsulzadə prospekti - Oğuz şossesi marşrutu üzrə hərəkət etmişlər.

Üçüncü mərhələrə finiş xəttini ilk keçən "Amplaç" (Avstriya) komandasının üzvü Matey Muqerli olub.


  

 

Keçidlər