Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Şəkidə genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib

11 may 2017 | 08:05

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Şəkidə genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib.
    Şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, ayrı-ayrı kollektivlərin iştirak etdiyi kompaniyada 4500-dən artıq müxtəlif növ dekorativ ağaclar əkilib. Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
    Eyni zamanda, şəhərin küçə və prospektlərində abadlıq, təmizlik işləri aparılıb, park və xiyabanlarda yaşıllıqlar salınıb, 500-ə yaxın gül kolları əkilib.

 

Keçidlər