Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında 60 şəkili gənc 600-dən yuxarı bal toplayıb

30 avqust 2017 | 03:08

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1090 şəkili məzundan 674-ü tələbə adını qazanıb. Məzunlardan 145-ü 500-dən, 60-ı isə 600-dən yuxarı bal toplayıb. Bu barədə  Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.
Builki qəbul imtahanlarında Şəki şəhər 18 saylı tam orta məktəbin məzunu Əfsanə Rəsulova rayon üzrə hamıdan çox bal (685) toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Şəhər 19 saylı tam orta məktəbin məzunu Qönçə Muradlı 684 balla Azərbaycan Dövlət İqtisad Universitetinə, 10 saylı tam orta məktəbin məzunu Səfurə Eminova isə 681 balla Azərbaycan Tibb Universitetinə daxil olub.

Keçidlər