Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

12 dekabr 2017 | 03:12

Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə dekabr ayının 11-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
      Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Gənclər və İdman İdarəsinin və YAP Şəki Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə gənclər Mərkəzin ekspozisiya zalı ilə tanış olublar. Onlara Ulu Öndərin şərəfli həyat yolu və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən fotostendlər haqqında ətraflı məlumat verilib.
      Sonra Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Təbiri açan Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov bildirib ki, dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda dövlətini, Vətənini sonsuz məhəbbətlə sevən, ümummilli lider Heydər Əliyevi özünə örnək götürərək xalqının, dövlətinin ağır günlərində bir yumruq kimi birləşməyi bacaran gənc nəsil formalaşıb.
      Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, YAP Şəki Təşkilatının Gənclər Birliyinin sədri Daşqın Mİkayılov və Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov Ulu Öndərin zəngin həyatından, ictimai-siyasi və dövlətçilik fəaliyyətindən, xilaskarlıq missiyasından danışıblar. Bildirilib ki, Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti Azərbaycanı inkişaf yoluna çıxarıb, müstəqilliyimizi dönməz və əbədi edib. Ulu Öndərin dövlətçilik siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər