Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ağacəkmə aksiyası keçirilib

14 dekabr 2017 | 06:12

Dekabr ayının 13-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə Şəki şəhərinin ərazisində  ağacəkmə aksiyası keçirilib.
Şəki Şəhər İcra Hakimyyətinin, YAP Şəki Təşkilatının və Şəki Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə “Hərəyə bir ağac əkək” devizi altında keçirilən aksiyada ictimaiyyətin nümayəndələri, YAP fəalları, könüllülər iştirak edib.
Aksiya zamanı minə yaxın müxtəliv növ ağac əkəlib, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, bu ilin oktyabr ayından başlayan ağacəkmə kompaniyası çərçivəsində Şəki şəhərində bügünədək 7000-dən artıq ağac əkilib. Kompaniyanın gələn ilin mart ayınadək davam etdirilməsi nəzərdə tutulmuşdur. Əsas hədəf əkilən ağacların sayını 15 minə çatdırmaqdır.

Keçidlər