Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə yeni il şənliklərinə start verilib

31 dekabr 2017 | 04:12

Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə aparılan hazırlıq işləri artıq yekunlaşıb.
Yeni ilin gəlişi ilə əlaqədar Şəki şəhərinin küçələri, park və xiyabanlar, meydanlar bayramsayağı bəzədilib. Şəhərin mərkəzi hissəsində hündürlüyü 16 metr olan yolka quraşdırılıb. İctimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Mirzə Fətəli Axundzadə prospektləri yeni il atributları ilə bəzədilib.
Artıq bayram şənliklərinə də start verilib. Təşkilatlarda, təhsil müəssisələrində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə tədbirlər təşkil olunur.
     Dekabrın 29-da Şəki şəhərinin ərazisində müəyyən edilmiş marşrutla könüllülərin və müxtəlif nağıl personajlarının iştirakı ilə “Santa və Maralları ilə Yeni İl Karnavalı” adlı musiqili yürüş keçirilmiş, axşam saatlarında isə şəhərin mərkəzi meydanında şəhər sakinləri üçün yerli incəsənət ustalarının iştirakı ilə musiqi proqramı təqdim olunmuşdur.
Bayram tədbirləri rayon ərazisində yerləşən hərbi hissələrə də keçiriləcəkdir.  Burada əsgərlər üçün bayram süfrəsi açılacaq, yerli kollektivlər əsgər və zabitlər qarşısında konsert proqramı ilə çıxış edəcəklər.

Keçidlər