Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Gənclər günü münasibətilə tədbir keçirilib

03 fevral 2018 | 02:02

Fevralın 1-də Şəki şəhər Gənclər və İdman İdarəsi ilə YAP Şəki Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Şəkidə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.
     Tədbirdə gənclərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, Şəkidə yerləşən hərbi hissələrin əsgər və zabitləri, media nümayəndələri iştirak ediblər.
     Tədbirdə çıxış edən Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan danışıb.
     Tədbirdə çıxış edən Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edib, xoş və səmimi arzularını çatdırıb. O, Gənclər Gününün təsis olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bu gün şəkili gənclərin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdıraraq bu sahədə şəhər gənclər və idman idarəsinin xüsusi rolunun olduğunu vurğulayıb.
     YAP Şəki Təşkilatı Gənclər Birliyinin sədri, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Daşqın Mikayılov gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıb.
    Sonra bilik yarışmalarında və olimpiadalarda yüksək nəticələr qazanmış gənclər, həmçinin müxtəlif müsabiqələrin qalibləri mükafatlandırılıb.
    Tədbirdə ali və orta ixtisas təhsili müsəssisələrinin tələbələrinin hazırladığı səhnəciklər, yerli incəsənət nümayəndələrinin çıxışı iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.

Keçidlər