Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Beynəlxalq Qadınlar Günü qeyd olunub

09 mart 2018 | 03:03

Martın 7-də Şəki Dövlət Dram Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirlə şəhər rəhbərliyi və Şəkinin ayrı-ayrı əmək kollektivlərində çalışan fəal qadınlar iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qadınları bayram münasibətilə təbrik edərək bildirib ki, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə edib. Azərbaycan  qadını   hər  zaman  iradəsi,  mərdliyi, saflığı, sədaqəti ilə  xalqımızın milli  mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayıb.
Qeyd olunub ki, müasir  dövrdə qadınlarımız   müstəqil  Azərbaycanın  ictimai-siyasi həyatında aparıcı  qüvvədir.  İndi Azərbaycan  qadını  cəmiyyətdə  dövlət  idarəçiliyində,  təhsil, elm, səhiyyə  sahələrində  fəal  iştirak  edir, yüksək  vəzifələrdə  çalışır,  millət  vəkili  kimi fəaliyyyət göstərir.  Dövlətimiz tərəfindən qadınlarımıza göstərilən yüksək diqqət və qayğı, uğurla həyata keçirilən gender siyasəti onların cəmiyyətdə mövqeyini daha da möhkəmlətmək üçün geniş meydan açmışdır.
Vurğulanıb ki,  qadınlarımız tarixi-mədəni irsimizin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini örnək kimi qəbul edir. Öz xidmətləri ilə Azərbaycan qadınının yeni siması olan Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Sonra Şəkinin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.

Keçidlər