Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyev zəmanəmizin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir

11 may 2018 | 04:05

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Ümummilli Liderin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
    Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Şəkidə fəaliyyət göstərən müəssisə və təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında Ulu Öndərə həsr olunan xatirə tədbirləri, elmi-praktiki konfranslar keçirilib, rəsm və şeir müsabiqələri, idman yarışları təşkil olunub. Keçirilən tədbirlərdə dahi rəhbərin mənalı ömür yolundan, Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən geniş bəhs edilib.

Keçidlər