Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Pirimlər” məhəlləsinin sakinləri ilə görüşüb

18 may 2018 | 01:05

Mayın 17-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Pirimlər”  məhəlləsində səyyar qəbul keçirib.
Qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək əvvəlcə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, sonra Şəki şəhərində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Məhəllə sakinləri Adışırın Qiyasov, Tahirə Qaffarova, Ələkbər Abdurəhmanov və başqaları çıxış edərək məhəllədə qazıntı işlərindən sonra asfat örtüyünün bərpası, G.Vahabova küçəsi ilə M.Ə.Rəsulzadə prospektinin kəsişmə hissəsində olan suötürücü arxların təmizlənməsi, ərazidə sahibsiz itlərin zərərsizləşdirilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər