Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

26 may 2018 | 02:05

Mayın 24-də Şəki Şəhər İcra Hakimiyyəti ilə ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuruiyyəti – milli dövlətçilik tariximizin şərəfli səhifəsi” adlı elmi-praktik konfrans keçirilib.
      Şəhər şəhər icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Cənab  Prezidentimiz İlham Əliyev 2017-ci il may ayının 16-da  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin şəhərimizdə təntənəli şəkildə keçirilməsini təmin etmək məqsədilə  Şəki Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən təşkilat komitəsi yaradılmış, tədbirlər planı təsdiq edilmişdir.Tədbirlər planına əsasən şəhərimizin demək olar bütün idarə, müəssisə və təşkilatlarında, təhsil və mədəniyyət mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan müxtəlif tədbirlər keçirilir.
      Konfransda çıxış edən ADPU-nun Şəki filialının kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru Firədun İbrahimov “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürurverici səhifəsidir”, ADPU-nun Şəki filialının “Humanitar fənlər” kafedrasının baş müəllimi Vaqif Aslanov  “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı” mövzusunda çıxış ediblər. Konfransda digər mövzularda da çıxışlar olub.

Keçidlər