Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Şərbablar” məhəlləsinin sakinləri ilə görüşüb

26 iyun 2018 | 09:06

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Şərbablar”  məhəlləsində səyyar qəbul keçirib.
Qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək əvvəlcə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, sonra Şəki şəhərində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Məhəllə sakinləri Səyarə Balağayeva,  Məmmədrəsul Bəkirov, Aybəniz Aslanova və başqaları çıxış edərək Vidadi və Şəhliyar  küçələrində olan su probleminin aradan qaldırılmasına köməklik göstərilməsini, Məmmədşərif Həmidov küçəsində küçə işıqlarının bir hissəsinin yanmadığını, ərazidə su-kanalizasiya xəttinin çəkilişi zamanı dağıdılmış asfalt örtüyünün bərpa olunmasını və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
      Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər