Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Baş Kəldək kəndində səyyar qəbul keçirilib

06 oktyabr 2018 | 01:10

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 4-də Şəkinin Baş Kəldək kəndinin sakinləri ilə görüşüb. Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Kənd sakinləri Elməddin Qarakişiyev, Vüqar Baləmmədov, Qorxmaz Balakişiyev, Cumay Abdurrahmanov və başqaları çıxış edərək kəndə gələn su xəttinin əsaslı təmir olunmasına, kəndin mərkəzindəki qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə, internetin sürətinin aşağı olduğundan artırılmasına, kəndin aşağı hissəsində içməli su probleminin həllinə köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.    Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər