Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə növbəti ağacəkmə aksiyası keçirilib

06 oktyabr 2018 | 01:10

Oktyabrın 4-də Azərbaycan polisinin və Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi  münasibətilə Şəki şəhərində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında rayon rəhbərliyi, Şəki Şəhər-Rayon Polis şöbəsinin, Şəki şəhərində fəaliyyət göstərən məhkəmə orqanlarının kollektivi və dögər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Aksiya çərçivəsində Şəki-Qax yolunun şimal-qərb hissəsində, yeni inşa olunan Heydər Əliyev Mərkəzinin yaxınlığında iki yüz ədəd həmişəyaşıl şam ağacları əkilib.
Ərazidə yaşıllaşdırma işləri davam edir.

Keçidlər