Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Oxud kəndində səyyar qəbul keçirilib

01 noyabr 2018 | 08:11

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 31-də Şəkinin Oxud  kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının Şəkiyə səfərindən danışıb, qarşıda duran mühüm məsələlərə toxunub.
    Kənd sakinləri Elmira Səlimova, Rəhim Kərimov, Ayət Həbibullayeva,  Babək Mahmudov və başqaları çıxış edərək Şəki şəhərindən kəndə gedən 4 km uzunluğu olan dağ yolunun  asfalt örtüyünün təmirini, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin  dəyişdirilməsi  və əlavə transformatorun quraşdırılmasını, Oxud kənd ümumi orta məktəbi üçün yeni bina tikilməsinə köməklik göstərilməsini, kənddə bankomatın quraşdırılmasını və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər