Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Cəfərabad kəndində səyyar qəbul keçirilib

09 noyabr 2018 | 12:11

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 8-də Şəkinin Cəfərabad kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov son dövrlər rayonda görülən işlərən, ölkə başçısının Şəkiyə səfərindən danışıb, qarşıda duran məsələlərə toxunub.
    Kənd sakinləri Məmmədiyə Rüstəmov, Musa Mustafayev, Arif Süleymanov və başqaları çıxış edərək Cəfərabad kəndinin yeni yaşayış massivində EATS quraşdırılması və əhalinin internetə çıxışının təmin olunması, kəndin mərkəzi küçəsinin əsaslı təmiri, uşaq bağçası üçün yeni bina tikilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər