Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni ilin gəlişi ilə əlaqədar Şəkinin park və meydanları bayramsayağı bəzədilib

25 dekabr 2018 | 02:12

Yeni təqvim ilinin gəlişinə saylı günlər qalıb. Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni ilin gəlişi ilə əlaqədar Şəki şəhərinin küçələri, park və xiyabanlar, meydanlar bayramsayağı bəzədilib. Hər tərəfdə hündür yolka (küknar) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub, küçələrin kənarındakı küknar ağacları al-əlvan bayram oyuncaqları ilə bəzədilib.
Şəhərin mərkəzindəki meydanda qurulan hündür yolka ağacının ətrafında artıq Şaxta baba da gözə dəyir. O da böyük həvəslə Yeni il şənliklərinin başlanmasını gözləyir.

Keçidlər