Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Bahar Festivalı" keçiriləcəkdir

09 mart 2019 | 06:03

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə mart ayında Novruz bayramı ərəfəsində yazın gəlişini qeyd etmək məqsədilə regionlarda yerləşən “ASAN Həyat” komplekslərində müxtəlif xalqların adət-ənənələrinin, mədəniyyətinin nümayiş etdirilməsi ilə bağlı "Bahar Festivalı" keçirilir.
   09-12 mart tarixində bu festivalın Şəki “ASAN Həyat” kompleksində keçirilməsi nəzərdə tutulmuşdur. Festivalda xalqımızın mədəni-tarixi irsinin, adət-ənənələrinin, eləcə də regionun sosial-mədəni həyatının və turizm imkanlarının geniş təbliği nəzərdə tutulmuşdur.
     Bu məqsədlə martın 8-də Şəki “ASAN Həyat” kompleksində son hazırlıq işləri ilə bağlı iclas keçirilmişdir.
   Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov keçiriləcək tədbir, onun əhəmiyyəti barədə və görüləcək işlərdən danışmış, "Bahar Festivalı"nın yüksək səviyyədə təşkili məqsədilə aidiyyəti strukturlara lazımi tapşırıqlar vermişdir.
    “ASAN Həyat” kompleksləri ilə iş şöbəsinin müdiri İlqar Vahabov çıxış edərək "Bahar Festivalı"nın keçirilməsi ilə bağlı işlərin artıq yekunlaşdığını bildirmişdir.

Keçidlər