Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Fazıl kəndində səyyar qəbul keçirib

20 aprel 2019 | 03:04

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 18-də Şəkinin Fazıl kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən, ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Yunus Abbasov, Məzahir Babayev, Rasim Abdullayev başqaları çıxış edərək yeni yaşayış massivinə təbii qaz xəttinin çəkilməsini, ərazidəki yararsız elektrik dirəklərinin dəyişdirilməsini, içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər