Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Pirimlər” məhəlləsində səyyar qəbul keçirib

27 sentyabr 2019 | 10:09

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 26-da şəhərin “Pirimlər” məhəlləsində səyyar qəbul keçirib
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, məhəllə sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərə toxunub, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
    Məhəllə sakinləri Orucov Nadir, Quliyev Altay, Abdurəhmanov Ələkbər  və başqaları çıxış edərək ərazidəki sahibsiz itlərin zərərsizləşdirilməsini, mal- qaranın səllimçiliyinin  qarşısının alınmasını, məhəllə ərazisindəki  təhlükəli ağaclarının budanmasını  və  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər