Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

09 noyabr 2019 | 09:11

Noyabrın 8-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, gənclərin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbirin rəsmi hissəsində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Bildirilib ki, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olan üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub. Bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi Dövlət bayrağı elan edilib.
Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Dövlət Bayrağı Günü”nün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi bayram edilir.
Bildirilib ki,  Şəki şəhərində də dövlət bayrağına yüksək ehtiram nümunəsi olaraq - Bayraq Meydanı və Bayraq Muzeyi inşa olunub. Bayraq Meydanında dirəyinin hündürlüyü 72,4 metr olan Azərbaycan bayrağı ucaldılıb. Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəkiyə səfəri çərçivəsində Bayraq Muzeyinin açılışı olub.
Sonra Şəkinin ictimai-siyasi həyatında yaxından iştiraklarına görə və yubileyləri münasibətilə təltif olunmuş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki şöbəsinin sədri Mustafa Əhmədova, “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Elçin Əmirova və Şəkidə aparılan abadlıq-quruculuq işlərində fəal iştirakına görə təltif olunmuş sahibkar Nazim Məmmədhüseyinzadəyə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə təltif olunmuş Şəki Şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.

Keçidlər