Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı İbrahimkənd kəndində səyyar qəbul keçirib

29 noyabr 2019 | 08:11

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 28-də İbrahimkənd kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan,  əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri İlham Mustafayev, Ramiz Yunusov, Rövşən Əsədov və başqaları çıxış edərək kəndin suvarma suyu ilə təmin olunmasını, ərazidə poçt şöbəsinin açılması və EATS quraşdırılmasını, yararsız elektrik dirəklərinin dəyişdirilməsini və  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər