Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Britaniyanın Azərbaycandakı səfiri Şəki şəhərinə səfər edib

11 dekabr 2019 | 10:12

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Şəki şəhərinə səfər edib.
    Səfər çərçivəsində səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüş zamanı icra başçısı qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə danışıb, icra olunan layihələr barədə məlumat verib.
     Səfir Ceyms Şarp Şəkidə olmağından məmnun olduğunu, qədim tarixi olan Şəki şəhərinin onda yüksək təəssürat oyatdığını bildirib.
      Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
      Sonda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.

Keçidlər