Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bələdiyyə seçkiləri uğurla başa çatıb

23 dekabr 2019 | 16:00

Şəkidə dekabr ayının 23-də keçirilən bələdiyyə seçkiləri demokratik şəraitdə başa çatıb.
    Rayonda fəaliyyət göstərən 3 seçki dairəsi üzrə təşkil edilmiş 116 seçki məntəqəsində səsvermənin gedişini müxtəlif siyasi partiyaları, ictimai birlikləri təmsil edən 1200-dən çox yerli müşahidəçi izləyib. Seçkilərin nəticəsi olaraq, rayon üzrə 40 bələdiyyəyə 380  nəfər üzv seçiləcək.
    Dairə seçki komissiyalarından verilən məlumatlara görə, səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Keçidlər