Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan pandemiyaya qarşı mübarizədə dünya ölkələrinin böyük əksəriyyətini qabaqlayıb

11 may 2020 | 16:00

Koronavirus infeksiyasının qarşısının alınması üçün ölkəmizdə cənab Prezident İlham Əliyevin tərəfindən görülmüş tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilməsi, dünyanın inkişaf etmiş ölkələrinə nümunə göstərilməsi bizi çox sevindirir. Ölkəmizin sərhədlərinin bağlanması, koronavirus xəstələrinin müalicəsi üçün xəstəxanaların ayrılması, lazımi tibb avadanlığın və ləvazimatların Azərbaycana gətirilməsi, tibbi maskaların istehsalına başlanılması və digər tədbirlər nəticəsində ölkəmizdə kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış iqtisadi çətinliklərin aradan qaldırılması üçün vətəndaşlara və sahibkarlara edilən maliyyə yardımları bu gün də davam edir. Dövlətimiz bununla vətəndaşının yanında olduğunu bir daha göstərmişdir. Pandemiya dövründə insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi üçün ölkəmizdə görülən bütün işlərə görə cənab Prezidentə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk. İctimaiyyət tərəfindən görülən bu işlər böyük rəğbətlə qarşılanır.
Veteranlar Şurasının Şəki təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədr müavini Mustafa Əhmədov cənab Prezidentin xalqın rifahı yolunda atdığı addımları yüksək qiymətləndirir.

Keçidlər