Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: İndi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk

30 iyun 2020 | 16:00

   Koronavirus pandemiyasından ziyan çəkən sahələrdən biri də turizm sektorudur. Son iki ayda dünya iqtisadiyyatının ən aparıcı sahələrdən biri hesab olunan turizm sektoru öz tənəzzül dövrünü yaşayır. Bir sıra turizm şirkətləri fəaliyyətini dayandırıb, bronlaşdırma sistemi ləğv edilib, aviareyslər təxirə salınıb.
   Pandemiya şəraitində Azərbaycanda daxili turizmə üstünlük verilməkdədir. İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında keçirilən videokonfransda cənab Prezident deyib: “Eyni zamanda, onu da demək istərdim ki, indi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər.”
    Çıxışının sonunda cənab Prezident deyib: “Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi.”

Keçidlər