Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə pandemiya ilə mübarizə daha da gücləndirilir

03 iyul 2020 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.

Videokonfransdan sonra Şəki şəhər İcra hakimiyyəti başçısı Elxan Usubovun rəhbərliyi və yerli hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə pandemiya ilə bağlı müzakirələr aparılıb, mövcud vəziyyət təhlil edilərək aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib.

Tədbirin davamı kimi iyulun 2-də Şəki şəhər icra hakimiyyətinin başçısı E.Usubovun rəhbərliyi, İH-nin məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və yerli bələdiyyə sədrlərinin iştirakı ilə videokonfrans keçirilib. İcra hakimiyyətinin başçısı E.Usubov Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən videokonfrans, konfransda verilən tapşırıq və tövsiyyələr barədə geniş izahat verərək videokonfrans iştirakçılarını məlumatlandırıb.

Daha sonra E.Usubov rayonda son günlər koronavirusa yoluxma hallarının artdığını, hətta ölüm hallarına rast gəlindiyini bildirib və mövcud şəraitə uyğun olaraq konkret tapşırıqlarını verib:

Rayon İcra Hakimiyyətində, digər dövlət orqanlarında, idarə və təşkilatlarda  Operativ Qərərgah tərəfindən müəyyən edilən qaydalara riayət edilməsinə nəzarət və izolyasiya tədbirləri 2 qat gücləndirilsin.

İcra Hakimiyyəti, digər idarə və təşkilatların əməkdaşlarının səhhəti daim nəzarətdə saxlanılsın.

İcra hakimiyyəti, nümayəndəliklər, bələdiyyələr, digər idarə və təşkilatların əməkdaşlarının başqa şəhər və rayonlara getməsi minimuma endirilsin.

İcra Hakimiyyəti ilə yerli hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı daha da genişləndirilsin və koordinasiya olunması üçün fəaliyyət sxemi qurulsun.

Sərnişin daşıyan nəqliyyat vasitələri ciddi nəzarətə götürülsün. Yerli polis şöbəsi və Nəqliyyat Departamentinin əməkdaşları ilə birlikdə nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin maskadan istifadə etmələrinə ciddi nəzarət edilsin. Qaydalara riayət etməyən sürücü və marşrut sahibinə qanuna müvafiq şəkildə cərimələr tətbiq edilsin və fərqlənmə nişanı ləşv edilsin.

İctimai-iaşə və digər xidmət sahələrində mövcud qaydalara riayət edilməsinə nəzarəti gücləndirmək məqsədi ilə mütəmadi olaraq monitorinqlər keçirilsin və nəticəsi barədə Qərərgaha məlumat verilsin. Xüsusi ilə həftəsonu istirahət məqsədi ilə digər şəhər və rayonlardan Şəkiyə gələn əhalinin daha çox toplaşdığı Kiş kəndi ərazisindəki kafe və restoranlara nəzarət gücləndirilsin.

Koronavirusa yoluxma üçün əsas mənbələrdən biri olan yas mərasimləri ciddi nəzarətdə saxlanılsın, gizli şəkildə toy, ad günü və digər bu kimi tədbirlərin keçirilməsinə qəti şəkildə yol verilməsin. Bu istiqamətdə hər hansı bir fakt aşkar edilərsə, məsul şəxs dərhal vəzifəsindən azad edilsin.

Şəkidə məcbiri köçkünlər üçün inşa edilmiş, 424 evdən ibarət “Yeni Çələbixan” qəsəbəsində hazırda işğal altında olan 6 rayonun sakinləri yaşayır. Həmin sakinlərin ayrı-ayrı rayonlarda məskunlaşan yaxın qohumları ilə görüşmək, onların hüzr mərasimlərində iştirak etmək, bir sıra hallarda isə ticarət məqsədi ilə başqa rayonlara gedib-gəlmələrini, eyni zamanda müxtəlif şəhər və rayonlarda məskunlaşan qohumlarının da, Şəkiyə onlara qonaq gəlmələrini, hüzn mərasimlərində iştirak etmələrini və əsasən bu səbəblərdən qəsəbədə hazırda koronavirusa yoluxma sayının kəskin artmasını nəzərə alaraq, qəsəbə ərazisində dezinfeksiya işlərinin həyata keçirilməsinə, sakinlərin maskadan istifadə etmələrinə və sosial məsafənin saxlanılması, eləcə də digər tələblərə düzgün riayət etmələrinə nəzarət gücləndirilsin. Qəsəbə sakinləri arasında xəstəliyə həssas olan yaşlı nəslin nümayəndələrinin çox olmasını nəzərə alaraq, onların səhhəti daim diqqətdə saxlanılsın və İcra hakimiyyətinin mobil qrupları vasitəsi ilə sakinlər arasında aktiv şəkildə maarifləndirmə işləri aparılsın.

İcra hakimiyyəti, yerli hüquq-mühafizə orqanları və Şəki Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə birlikdə xəstəxanada qərargah yaradılsın və növbətçilik təşkil edilsin. Mövcud vəziyyət, xəstələr, yoluxanlar və sağalanlar barədə bir mənbədən gündəlik dəqiq məlumat tərtib edilərək, Operativ Qərərgaha və aidiyyatı orqanlara təqdim edilsin.

Evlərdə müalicə alan koronavirus xəstələri barədə məlumat bazası yaradılsın. Həmin şəxslərin müayinə və müalicəsi diqqətdə saxlanılsın və sağalana qədər həmin şəxslərə nəzarət gücləndirilsin.

Şəhərdə İcra hakimiyyəti, icra nümayəndəlikləri, bələdiyyələr və fəallardan təşkil edilmiş 16, kəndlərdəki 33 mobil qrupların fəaliyyətini daha da gücləndirilsin.

Həmin gün İHB E.Usubovun rəhbərliyi, İH-nin məsul şəxsləri, bank müdirləri, Nəqliyyat departamentinin və mərkəzi bazarın rəhbərliyinin iştirakı ilə də iclas keçirilib, Operativ Qərərgahın tələblərinə uyğun olaraq birbaşa müvafiq tapşırıqlar verilib.

Keçidlər