Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhəri ilə qardaşlaşmış Kolmar şəhərinin keçmiş meri Jilber Meyer vəfat etmişdir

22 sentyabr 2020 | 16:00

Şəki şəhəri ilə qardaşlaşmış Fransanın Kolmar şəhərinin keçmiş meri Jilber Meyer 78 yaşında vəfat etmişdir.
    Jilber Meyer 26 dekabr 1941-ci ildə anadan olmuşdur. 1995-ci ildə Kolmar şəhərinin meri seçilmiş və uzun müddət 25 il ərzində bu vəzifədə çalışmışdır. Onun Kolmara rəhbərlik etdiyi dövrdə rayonda böyük quruculuq işləri görülmüşdür.
     Onun Kolmar şəhərinin meri olduğu müddətdə bu şəhərlə Şəki şəhəri arasında dostluq əlaqələri yaranmış və inkişaf etmişdir. Bu işdə mərhum Jilber Meyerin böyük xidmətləri olmuşdir.O, eyni zamanda, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan münasibətlərin möhkəmləndirilməsinə öz töhfəsini vermişdir.
    Biz gözəl insan olmuş Jilber Meyerin vəfatından kədərlənir, onun ailə üzvlərinə, bütün kolmarlılara dərin hüznlə başsağlığı veririk.

Keçidlər